AZ

"Anarla söhbətlər" çap olundu

Yazıçı-dramaturq Pərvinin "Anarla söhbətlər" adlı yeni kitabı işıq üzü görüb.

Kulis.az xəbər verir ki, kitabda Xalq yazıçısı Anarla onun yaradıcılığı ətrafında, həmçinin ümumilikdə ədəbiyyat, sənət söhbətləri yer alıb.

Çağdaş "podkast" üsulu ilə çəkilmiş söhbətlərin video-versiyası da kitabda oxuculara QR kodlar vasitəsilə təqdim olunur. Yazıçının daha öncə müsahibələrində toxunmadığı məsələlərə, bioqrafiyasının maraqlı məqamlarına bu söhbətlərdə toxunulub.

Qeyd edək ki, bu kitab Pərvinin Xalq yazıçısı Anarın yaradıcılığını təhlil etdiyi altıncı kitabıdır.

Seçilən
8
kulis.az

1Mənbələr