AZ

Mareska: “Konfrans Liqasını azarkeşlərə hədiyyə etməliyik”

“Çelsi”nin baş məşqçisi Entso Mareska Konfrans Liqasının 1/8 final mərhələsinin “Kopenhagen”lə cavab oyununu şərh edib.

Arena.az məlumat verir ki, səfərdəki ilk oyunda 2:1 hesablı qələbə qazanmış “zadəganlar”, cavab oyununda 1:0 hesablı qələbə sayəsində cütün qalibi olaraq növbəti mərhələyə adlayıblar.

Mareska matçdan sonra keçirilmiş mətbuat konfransında bunları söyləyib:

“1/4r finala çıxmaq vacib idi. İndi isə bizim tapşırığımız – yarımfinala çıxmaqdır. İki oyunun məzmununu nəzərə alaraq, biz qələbəyə layiq idik. Keçmişdə “Çelsi” mütəmadi surətdə qənimətlər qazanardı, bizə isə cari mövsümdə buna müvəffəq olmaq üçün mümkün olan hər şeyi etmək gərəkdir. Biz qəniməti azarkeşlərimizə və kluba hədiyyə etməliyik”, – BBC italyan mütəxəssisdən sitat gətirir.

Yarışın 1/4 finalına vəsiqə qazanmış “Çelsi” bu mərhələdə Varşava “Legiya”sı ilə qarşılaşacaq. “Kopenhagen” isə cari avrokubok mövsümündə iştirakını başa vurub.

Seçilən
3
arena.az

1Mənbələr