AZ

Dövlət Xidməti: Bu il istehlakçıların aldadılması ilə bağlı 4 protokol tərtib edilib

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə malın ölçüsünə, çəkisinə və hesabına dair istehlakçıların aldadılması halları ilə bağlı 2024-cü il ərzində 319, 2025-ci ilin yanvar-fevral aylarında isə 40vətəndaş müraciətinə baxılıb.

APA-Economics” xəbər verir ki, bunu qurumun nümayəndəsi Yusif Talıblı “İstehlakçı hüquqları ilə bağlı media təlim”də deyib.

O qeyd edib ki, araşdırmalar zamanı 2024-cü ildə istehlakçıların hesabda aldadılması faktı ilə bağlı 13 sahibkarlıq subyekti barəsində 24 , 2025-ci ilin yanvar-fevral aylarında isə 4 sahibkarlıq subyekti barəsində 4inzibati xəta haqqında protokol tərtib edilib:

“Baxılmış müraciətlər üzə 189 (2025-ci ildə 12 ) halda istehlakçıların tələbləri təmin edilib”.

Seçilən
1
apa.az

1Mənbələr