1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"Çelsi"nin rəhbərliyi "Sportinq"in inzibatçıları ilə 17 yaşlı cinah hücumçusu Covani Quendanın transferi üçün razılığa gəlib.
Oxu.Az "Goal" nəşrinə istinadən xəbər verir ki, futbolçu bu yay yox, 2026-cı ilin yayında kluba qoşulacaq.
Qeyd edək ki, Covani Quenda bu mövsüm ümumilikdə 43 oyunda meydana çıxıb, səkkiz qol və iki məhsuldar ötürmə ilə yadda qalıb.