“Millidə çalışmaq mənim üçün böyük şərəfdir”.
Bunu İdman.biz-ə Azərbaycanın U-21 millisinin yeni baş məşqçisi Ayxan Abbasov deyib.
O, təyinatına münasibət bildirib: “Növbəti günlərdə gələcək hədəflər haqqında geniş danışmaq olar. Həvalə olunan vəzifənin canla-başla öhdəsindən gəlməyə çalışacam. Etimad göstərənlərə təşəkkür edirəm”.
Qeyd edək ki, Abbasovun təyinatı bu gün AFFA İcraiyyə Komitəsinin iclasında rəsmiləşib. Onunla müqavilənin müddəti 2 illik nəzərdə tutulub.
Aytac Sahəd
İdman.biz