AZ

Sahib Alıyev: Hökumətin ötənilki fəaliyyətinin uğurlu olması təsdiqini tapıb

"Bütün yırtıcı güclərin üzlərindəki maskanı da çıxarıb atdıqları belə bir mürəkkəb dövrdə çeşidli çağırışların öhdəsindən uğurla gəlməmizin əsas səbəbi düzgün seçim və lider faktoruyla bağlıdır".

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Sahib Alıyev deyib.

Deputat bildirib ki, mürəkkəb beynəlxalq şəraitdə, müxtəlif qüvvələrin maskalarını çıxardığı bir dövrdə Azərbaycanın uğurlarının başlıca səbəbi düzgün seçim və güclü liderlik faktorudur.

S. Alıyev vurğulayıb ki, Ermənistanın Azərbaycanın irəli sürdüyü sülh planı ilə, hələlik sözdə də olsa, razılaşması və Baş nazir Nikol Paşinyanın "röya Ermənistanı" axtarışına son qoyaraq real vəziyyətdən danışması təsadüfi deyil. Onun sözlərinə görə, bu proseslərin arxasında Paşinyanın öz istəyi deyil, Prezident İlham Əliyevin qətiyyətli mövqeyi dayanır.

"Bir tərəfdən hərbi potensialımızın artması, digər tərəfdən Qarabağdakı genişmiqyaslı quruculuq işləri – məsələn, Xankəndidə müasir standartlara cavab verən, böyük perspektiv vəd edən universitetin açılması, tikiş fabrikinin fəaliyyətə başlaması, şəhərin günü-gündən gözəlləşməsi və orada artıq minlərlə azərbaycanlının yaşaması, hökumətin ötənilki fəaliyyətinin uğurlu olduğunu təsdiqləyən ən bariz nümunələrdir", – deyə deputat qeyd edib.

Mina Mikayılova

Seçilən
5
bakivaxti.az

1Mənbələr