Martın 15-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Tribunainfo.az -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Axşam bəzi yerlərdə arabir duman olacaq. Cənub-qərb küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 7-12° isti, gündüz 19-24° isti olacaq.
Xocalıda bayram tonqalı-VİDEO
Bakıda müəllimləri təhqir edən direktorla bağlı araşdırma aparılır
Bakıya yağış, rayonlara qar yağacaq – Sabahın HAVASI
Atmosfer təzyiqi 763 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70 % olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə arabir duman olacağı gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 7-12° isti, gündüz 24-29° isti, dağlarda gecə 3-8° isti, gündüz 18-23° isti olacaq.