Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən (BŞTİ) ümumtəhsil məktəblərində qiymətləndirmə və keyfiyyət monitorinqinə həsr olunmuş görüş keçirilib.
AzEdu.az xəbər verir ki, BŞTİ-nin Təhsilin keyfiyyətinə nəzarət və Ümumi təhsilin təşkili sektorları tərəfindən onlayn keçirilən görüşdə məktəb direktorları iştirak ediblər.
Görüşdə tədrisin keyfiyyətinin artırılması və şagirdlərin biliyinin düzgün qiymətləndirilməsi, məktəbdaxili qiymətləndirmədə müasir yanaşmaların tətbiqi, ümumtəhsilin dövlət standartları sənədində qarşıya qoyulmuş idarəetmə prinsiplərinə riayət olunması və digər mövzulara dair fikir mübadiləsi aparılıb.
Görüşdə direktorlara ümumtəhsil müəssisələrində keyfiyyətin qiymətləndirmə çərçivəsi təqdim olunub.
Sonda qiymətləndirmə çərçivəsi ilə bağlı məktəb rəhbərlərini maraqlandıran suallar cavablandırılıb.