AZ

“Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarından rəsmi şəkildə əl çəkməlidir” - RƏY

“Azərbaycanın Ermənistana sülh müqaviləsi ilə bağlı təqdim etdiyi bütün şərtlərinin qəbul olunduğu deyilir. Amma qəbuledilmə heç də müqvilənin imzalanmasına hazırlıq kimi başa düşülməməlidir”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

 

“Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarından rəsmi şəkildə əl çəkməlidir. Təbii ki, bu prosedur icra olunmamış sülh müqaviləsinin imzalanmasından danışmaq tezdir. Ermənistan həqiqətən sülhə hazırdırsa, Konstitusiyasında dəyişikliklərlə bağlı referendum elan etsin və keçirsin. Onda onların həqiqətən sülhə hazır olduğunu biz də görərik. “Sülh müqaviləsi ilə bağlı şərtləri qəbul edirik” deyib, yenə də silahlanmağa üstünlük vermək və xarici havadarların dəstəyi ilə Azərbaycana qarşı kampaniyalar başlatmaq heç də Ermənistanın həqiqi sülh niyyətinin olduğunu göstərmir. Ermənistan sözündə heç vaxt səmimi olmayıb. Onların dedikləri ilə hərəkətləri həmişə daban-dabana zidd olub.  Bu baxımdan hesab edirəm ki, Ermənistandan gələn açıqlamaları hələ də ciddi qəbul etməməliyik”, - deputat bildirib.

 

Aytəkin Qardaşova

Tarix: 14 Mart 2025, 13:56   
Seçilən
4
pravda.az

1Mənbələr