AZ

Binəqədidə 22 kq narkotik aşkarlanıb 

Binəqədidə polisin əməliyyatları zamanı 22 kiloqram narkotik vasitə aşkarlanıb...

Bu barədə Poliqon-a DİN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı

29 yaşlı İbrahim Sarmanov və 25 yaşlı Kamran Mütəllimov saxlanılıblar. Həmin şəxslərdən 8 kiloqrama yaxın marixuana və tiryək aşkar olunub.

Digər əməliyyat zamanı narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən daha bir şəxs - 29 yaşlı Orxan Cabbarov da saxlanılıb. Həmin şəxsdən 4 kiloqrama yaxın marixuana, tiryək və 130 ədəd psixotrop tərkibli həb aşkarlanıb.

Qeyd edək ki, Binəqədi rayonunda ilin əvvəlindən həyata keçirilən silsilə tədbirlər zamanı narkotiklərlə əlaqəli 35 fakt müəyyən edilib. Ümumilikdə 22 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

Faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.

Həmçinin cari ilin əvvəlindən Binəqədi rayonunda polis əməkdaşları tərəfindən aparılan profilaktik tədbirlər zamanı ümumilikdə 21 ədəd odlu silah, 172 ədəd patron və 2 ədəd əl qumbarası aşkarlanıb.

Poliqon.info

Seçilən
4
24
poliqon.info

10Mənbələr