"Qardaş Türkiyədə olduğu kimi, bizdə də heyvanların kəsilməsi üçün yaş həddi olmalıdır".
News24.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Tahir Rzayev deyib.
Onun sözlərinə görə, buzov və quzuların kəsilməsi bazarlarda ətin qiymətində artıma gətirib çıxardır.
"Heyvan kəsimi sahəsində qadağa olmadığı üçün bundan sui-istifadə edirlər. Həmçinin mənşəyi bilinməyən ətlərin satılması əhali arasında sağlamlıq problemləri yaradır. Bu istiqamətdə qanunvericilikdə qadağalar tətbiq edilməsi zəruridir"./Sfera.az