AZ

Bloger sürücü qadın təlimçini və tələbəsini döydü: "Sən bilirsən kiməm mən?" - VİDEO- FOTO

Bakıda təlimçi ilə digər qadın sürücü arasında insident yaşanıb. Bu barədə Avtosfer.az-a zərərçəkmiş şəxslər məlumat verib.

Belə ki, sürücülük təlimçisi Nazilə Novruzova bildirir ki, insident baş verən zaman avtomobili tələbəsi Aynur Səfərova idarə edib. "Tələbə dönmə işığını yandırmadan manevr edən zaman arxadan gələn sürücünün qarşısına keçib. Həmin sürücü bizi dayandırıb yaxınlaşdı və mübahisə etməyə başladı. Daha sonra onu videoya çəkdiyimizi görüb əsəbiləşməyə başladı. Hadisə ilə bağlı 102 xidmətinə zəng edən zaman telefonumu əlimdən alıb ekranını sındırdı, sonra isə tələbəmin saçını yolmağa başladı. Onları ayırmağa çalışan zaman isə həmin qadın mənə zərbələr endirməyə başladı. Nalayiq söyüşlər söyərək bədən nahiyəmə yumruqlar vururdu. Həmin izlər hələ də bədənimdə qalıb. Bununla kifayətlənməyən qadın daha sonra avtomobilimə yumruq, təpik vuraraq əzdi. O bizə, "siz bilmirsiniz mən kiməm" deyərək bizi qorxutmağa çalışırdı. Sonradan məlum oldu ki, həmin qadın Şəhla Həsənlidir. O, sosial şəbəkələrdə blogerlik edir" - deyə təlimçi Nazilə Novruzova bildirib.

Zərərçəkmiş təlimçi məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə şikayət ünvanladığını bildirib.

 

Fərid

 

Seçilən
2
1
avtosfer.az

2Mənbələr