Paşinyan həm Azərbaycanın, həm də Türkiyənin tələblərini bənd-bənd qəbul etdiyi üçün kompromisdən danışmaq yersizdir. Başa düşmək lazımdır ki, hazırda Ermənistanın kapitulyasiyası sənədləşdirilir.
“AzPolitika” xəbər verir ki, bunu erməni tarixçi və politoloq Armen Ayvazyan Ermənistan mətbuatına müsahibəsində deyib: “Bütün bunlarda heç bir sülh əlaməti yoxdur… Onların Ermənistan qarşısında çoxsaylı tələbləri var, onların bəzilərini yerinə yetirmək sadəcə olaraq mümkün deyil… Yəni, Ermənistanın kapitulyasiyası sənədləşdirilir”.
“AzPolitika.info”