“Düşünürəm ki, belə taleyüklü məsələlərdən danışarkən tələblərin sayına görə mühakimə yürütmək yəqin ki, yersizdir”.
Hurriyyet.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan erməni deputatların Azərbaycanın danışıqlar prosesində hansı güzəştlərə getməsi ilə bağlı sualını cavablandırarkən deyib.
O, bu barədə geniş danışmaq istəmədiyini vurğulayıb.
Xarici işlər naziri bəyan etdi ki, sülhün bərqərar olması ilə Ermənistan böyük və dərin bataqlıqdan çıxacaq, əks halda batıb orada qalacaq.
“Mən diqqəti başqa bir şeyə yönəltməyi təklif edirəm. Məhz sülhün bərqərar olması ilə Ermənistan böyük və dərin bataqlıqdan çıxacaq, oradan çıxmasaq, boğularaq basdırılacağıq. Burada biz beş, siz isə dörd güzəştə getdiniz söyləmək düzgün olmazdı”, - Mirzoyan bildirib.
Nazir bildirib ki, Ermənistanın mövcud olmağının yeganə yolu sülhdür.
“Azərbaycanla sülh və münasibətlərin normallaşması Ermənistanın maraqlarına uyğundur”.
Mirzoyanın sözlərinə görə, hələ də həllini tapmayan məsələlər var, Azərbaycan bu məsələlərə başqa, Ermənistan başqa cür baxır.
“Onların tələbləri var ki, biz bölüşmürük, bizim gözləntilərimiz var ki, onlar bölüşmür, tam həll olunmayan məsələlər var, məsələn, itkin düşənlərin taleyinə aydınlıq gətirmək və s. Böyük dolaşıq saplar, bir qrup mürəkkəblik var, sülh asan proses deyil”, - deyə o vurğulayıb.
Modern.az