AZ

"Arsenal" - "Çelsi": "Qələbəyə daha yaxın tərəf..."

Bu həftəsonu futbol azarkeşlərini daha bir möhtəşəm matç gözləyir. 

Belə ki, İngiltərə Premyer Liqasında iki nəhəng komanda üz-üzə gələcək. Budəfəki prinsipial matç "Arsenal" ilə "Çelsi" arasında keçiriləcək. 16 martda baş tutacaq oyun Bakı vaxtı ilə saat 17:30-da başlayacaq. Matçdan öncə komandalar turnir cədvəlində bir-birinə yaxındırlar. "Topçular" 55 xalla ikinci, "zadəganlar" isə 49 xalla dördüncüdür. Ona görə də bu matç daha da maraq kəsb edir. 

Maraqlıdır, "Arsenal" - "Çelsi" matçında hansı tərəf qələbəyə daha yaxındır? 

Mövzu ilə bağlı futbol eksperti Aslan Kərimov Hit.az-a açıqlama verib. O bildirib ki, hazırda İngiltərə çempionatında "Liverpul" və "Arsenal" çempionluq uğrunda mübarizə aparır:

369428

"Onlar arasında cəmi 15 xal fərqi var. Düzdür, "Liverpul" çempionluğa çox yaxındır, ancaq nəzəri baxımdan "Arsenal"ın da şansı davam edir. Üstəlik, "topçular" Çempionlar Liqasında da uğurlu şəkildə irəliləyirlər. 

Ümumiyyətlə, istər "Liverpul", istərsə də "Arsenal" Premyer Liqada derbilər də daxil olmaqla, qarşılaşdıqları bütün oyunlarda favorit kimi ön plana çıxırlar. Buna görə də "Arsenal" "Çelsi" ilə matça favorit kimi meydana çıxacaq". 

Lakin ekspertin sözlərinə görə, sözügedən matç bərabərə də bitə bilər:

"Əslində, "Arsenal" favorit olsa da, "Mançester Siti" ilə bərabərə qaldığını unutmaq olmaz. Hətta "Çelsi" ilə də bərabərə qalmaq ehtimalları yüksəkdir. Lakin Mikel Artetanın komandası bu mövsüm çempionata çox yaxşı hazırlaşıb. "Çelsi"də isə "Mançester Yunayted" qədər olmasa da, gah enişlər, gah da çıxışlar olur. Yəni stabil performans sərgiləyə bilmirlər. Bütün bu faktorlara görə "Arsenal" "Çelsi" ilə matçda qələbəyə daha yaxın tərəfdir". 

Pərviz

Seçilən
3
hit.az

1Mənbələr