AZ

Gürcüstan XİN: Ermənistan və Azərbaycan arasında danışıqların başa çatması sülhə doğru tarixi addımdır

Ermənistan və Azərbaycan arasında danışıqların başa çatması regionda uzunmüddətli sülh və sabitliyə doğru atılmış tarixi addımdır.

Bakıvaxtı.az Report-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyinin Ermənistan və Azərbaycan arasında sülh danışıqlarının başa çatmasına münasibətində bildirilib.

“Gürcüstan Ermənistan və Azərbaycan arasında danışıqların sülh sazişinin bütün on yeddi maddəsi üzrə başa çatmasını alqışlayır. Bu, regionda uzunmüddətli sülh və sabitliyə doğru atılmış tarixi addımdır!” – deyə Xarici İşlər Nazirliyi sosial şəbəkədə yazıb.

Ermənistan və Azərbaycan Xarici İşlər Nazirlikləri sülh danışıqlarının başa çatması barədə 13 martda rəsmi açıqlama veriblər.

Seçilən
5
1
bakivaxti.az

4Mənbələr