AZ

Tarakanlar müharibə və fəlakətlərdə insanları xilas edəcək

Alimlərin hazırladığı yeni üsulla tarakanlar kiber həşəratlara çevriləcək, müharibə və zəlzələ fəlakətlərində dağıntılar altında olan insanlara çatacaq.

Tribunainfo.az Haberler-ə istinadən xəbər verir ki, Osaka Universiteti və Diponegoro Universitetinin tədqiqatçıları axtarış və xilasetmə işlərində inqilab edəcək bir araşdırma aparıblar.

Belə ki, tədqiqatçılar tarakanların antenalarına və bədənlərinə elektrodlar yerləşdirərək sistem qura biliblər. Alimlər öz təcrübələrində kiber tarakanların qum, daş, taxta və maneələrə meyilli səthlərdə rəvan hərəkət edə bildiyini müşahidə ediblər.

Çətin ərazilərdə uğurlu performans göstərdiyinə görə, dağıntılar altında qalan kiber tarakanları aşkar etmək üçün istifadə edilə bilər.

Dəniz

Seçilən
8
tribunainfo.az

1Mənbələr