Müğənni Şəbnəm Tovuzlu yeni tikdirdiyi villasından danışıb. Axşam.az xəbər verir ki, sənətçi evin Bakı kəndlərindən birində yerləşdiyini deyib. O bildirib ki, bağ evi dənizdən 200 metr aralıqda 6 sot torpaq ərazisində yerləşir.
Şəbnəm eyni zamanda ustaların onun başına açdığı oyundan söz açıb:
"Böyük ev sevmirəm. Baş evim də birmərtəbəlidir. Bir aydır tikinti işlərini dayandırdım. Çünki ustalar çox asta işləyirdi. Ürəyimcə olmadı. Evin həcmini torpağın üzərində çox götürdü. Bunu isə sevmədim. Onlar mənə bir az həyətdə bağ saxlamalı idilər. mayda yenidən təmir işlərinə başlayacağıq".
Tarix: 14 Mart 2025, 14:03