AZ

Palladino: “Fiorentina”nın fəsadını anlamışam”

“Fiorentina”nın baş məşqçisi Raffaele Palladino Konfrans Liqasının 1/8 finalının “Olimpiakos”la cavab oyununu şərh edib.

Arena.az məlumat verir ki, səfərdəki ilk oyunda 2:3 hesabı ilə məğlub olmuş “bənövşələr”, cavab oyununda 3:1 hesablı qələbə sayəsində cütün qalibi olaraq növbəti mərhələyə adlayıblar.

Palladino matçdan sonra keçirilmiş mətbuat konfransında bunları söyləyib:

“Bu, bizim üçün çox gözəl gecədir. Bizə belə oyun gərək idi. Mən, ümid etdiyim kimi, bizi oyuna sövq etmiş fantastik azarkeşlərimizə təşəkkürümü bildirmək istəyirəm. “Fiorentina” üçün bacardıqları hər şeyi ortaya qoymuş bu oğlanlara minnətddarlığımı bildirmək istəyirəm, şəhərə, tərəfdarlarımıza və özümüzə təşəkkürümü ifadə etmək istəyirəm. Oğlanlarım bu gözəl gecəni haqq etdilər. “Fiorentina” inkişafına davam etməli və müvafiq çıxışlarını təmin etməlidir.

Bugünkü gündən sonra, mən düşünürəm ki, ümidvaram, fəsadımızı başa düşmüşəm.

Biz sabitliyimizi oyunun 90 dəqiqəsi ərzində var gücümüzlə qoruyub-saxlamağa çalışırdıq. Bu, mütəmadi surətdə yaşanırdı. Biz tərəqqimizə davam etməliyik, çünki bunun üçün gərəkli hər şeyə malikik. Birinci hissədə dörd, ya da beş qol vura bilərdik. Biz cəhdlərimizi davam etdirməli və səylə işləməliyik”, – “Sky Sport Italia” dərgisi italyan mütəxəssisdən sitat gətirir.

Yarışın 1/4 finalına vəsiqə qazanmış “Fiorentina” bu mərhələdə “Çelye” ilə qarşılaşacaq. “Olimpiakos” isə cari avrokubok mövsümündə iştirakını başa vurub.

Seçilən
3
arena.az

1Mənbələr