“Bilirsizmi 3 illik pandemiya dövründə incəsənət adamları, müğənnilər nələr çəkdilər?! Toy yox, konsert yox. Ona görə insanın bir peşəsi olmalıdır. Mən həmişə deyirəm. İncəsənət sahəsi peşə, sənət deyil. Bu məşğuliyyətdir”.
Yenisabah.az xəbər verir ki, bu sözləri müğənni polkovnik Azad Zamanov APA TV-yə müsahibəsi zamanı deyib.
O qeyd edib ki, hazırda hamı müğənni olmağa həvəslənir:
“Azərbaycan xalqı çox istedadlı xalqdır. Amma bu istedadı lazım olan yerlərə aparıb çatdırmırlar. Baxıram ki, bu, gözəl hüquqşünas, müəllim, həkim ola bilərdi. Amma baxırsan hamısı oxuyur. Ay qardaş nə istəyirsən? Hara qədər?
Ataların bir məsələ var: “Hər aşığın bir dövranı var”. Habil Əliyev demiş, bütün boşanan qadınlar müğənnilik edir. İstedad ola bilər, amma vokalı, muğamı bilmək lazımdır. Bizim dövrümüzdə belə deyildi. Sağ olsunlar, məni efirə çağırırlar, özüm getmirəm. Alim Qasımov, Mənsum İbrahimov, Brilliant Dadaşova, Manaf Ağayev kimi müğənnilər mənim tələbəm olub”.
Nazim Hacıyev
Telegram kanalımız