"Çelsi" "Sportinq"in portuqaliyalı vinger Gevany Kuendanı transfer etməyə hazırlaşır.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər bu yaxınlarda jurnalistlərin “portuqaliyalı Lamine Yamal” adlandırdığı 17 yaşlı futbolçunun transferinin bütün şərtləri ilə razılaşıblar, şəxsi razılıq əldə ediblər.
2024/25 mövsümündə Jevani Kuenda klub səviyyəsində 43 oyun keçirib, 2 qol vurub və 8 məhsuldar ötürmə edib.
"Transfermarkt" portalı onun dəyərini 30 milyon avro qiymətləndirir.