AZ

"Qiymət menyuları olmasa, 1000 manatadək cərimə edilir"

Qiymət intizamının pozulmasına görə İnzibati Xətalar Məcəlləsində məsuliyyət tədbirləri nəzərdə tutulub. Satışda olan malların üzərində qiymət kağızlarının və ya göstərilən xidmətlər üçün qiymət menyularının olmamasına, eləcə də onların düzgün tərtib edilməməsinə görə təqsirli şəxslər 800 manatdan 1000 manatadək məbləğdə cərimə edilir. 

Ölkə.Az xəbər verir ki, bunu Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin İstehlak bazarına nəzarət şöbəsinin müdiri Yusif Tapdıqlı deyib.

"Eyni zamanda həmin Məcəllənin 445.2-ci bəndinə əsasən satılan malların, işlərin, xidmətlərin qiymətlərinin manatla göstərilməməsinə görə təqsirli şəxslər 1100 manatdan 1650 manatadək məbləğdə cərimə edilir", - o bildirib.

Seçilən
13
olke.az

1Mənbələr