Mərkəzi Ordu İdman Klubunun (MOİK) rəhbəri dəyişib.
İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, polkovnik-leytenant Ramiq Orucov tutduğu vəzifədən istefaya göndərilib. Onunla hansı səbəbdən yolların ayrıldığı bəlli deyil.
Qeyd edək ki, Orucov 2021-ci ildə MOİK-in rəisi təyin olunmuşdu.