AZ

İsrail XİN: “Yəhudilərin bütün düşmənləri...”

Bu gün İsrail Xarici İşlər Nazirliyi Purim bayramı münasibətilə açıqlama yayıb.

"Cebheinfo.az" xəbər verir ki, nazirlik bildirib ki, yəhudi xalqının bütün düşmənləri nə vaxtsa, tarixin zibilliklərinə atılacaq:

“Yəhudilərin düşmənləri nə qədər vəhşi olsa da, nəticədə onlar hamısı tarixin zibilliklərinə atılacaq. Hamandan (persiya şahı Axaşveroşun yəhudiləri məhv etməyə təhrik edən biblik şəxsiyyət) HƏMAS-dək - yəhudi qatilləri özləri məhv olacaq, amma yəhudi xalqı əbədi yaşayacaq".

Xatırladaq ki, "Purim" bayramı, yəhudi təqviminin Adar ayının 14-cü gününə təsadüf edir və 2025-ci ildə 13 mart axşamından 14 mart gecəsinə qədər davam edəcək.

Bayramın əsas məqsədi, qədim Persiyada yaşayan yəhudilərin möcüzəvi şəkildə xilas olmasının xatirəsini qeyd etməkdir. 

Seçilən
23
cebheinfo.az

1Mənbələr