AZ

QHT sədri dünya şöhrətli rəssam, xanəndə Vədud Səlim oğlu Müəzzin ilə görüşüb

"Zəka İşığında" Milli Dəyərlərin Təbliğinə Dəstək İctimai Birliyinin sədri, tədqiqatçı-jurnalist Cəmilə Çiçək dünya şöhrətli şair, rəssam və xanəndə Vədud Səlim oğlu Müəzzin ilə görüşüb. Görüş zamanı Azərbaycan musiqisi, incəsənət və mədəni irs barədə maraqlı fikir mübadiləsi aparılıb.

Cəmilə Çiçək görüşlə bağlı təəssüratlarını bölüşərək bildirib:

"Bu gün mənim üçün qeyri-adi günlərdən biri kimi yadda qalacaq. Belə ki, dünya şöhrətli rəssam, eyni zamanda Azərbaycan musiqisinin dərin bilicilərindən biri olan xanəndə, dəyərli insan Vədud Səlim oğlu Müəzzin ilə təsadüfi, amma xoş bir görüşümüz oldu."

O, Vədud Səlim oğlu Müəzzinin həyat və yaradıcılığı haqqında da məlumat verib. Bildirib ki, tanınmış rəssam 1960-cı il avqust ayının 11-də Ərdəbil şəhərində anadan olub. Ali təhsil almaq üçün Tehrana gedib, lakin İran inqilabı zamanı oxuduğu universitet bağlandığından, o, təhsilini davam etdirmək üçün Türkiyəyə köçüb. Burada Memar Sinan Universitetində rəssamlıq üzrə təhsil alıb və sənət yolunda mühüm uğurlara imza atıb.

Görüş zamanı Azərbaycan mədəniyyəti və incəsənətinin inkişafı, milli dəyərlərin təbliği və qorunması istiqamətində fikir mübadiləsi aparılıb.

 

Pərvanə Fərhadqızı

Seçilən
8
qht.az

1Mənbələr