AZ

Çin Ermənistan və Azərbaycan arasında sülh sazişini alqışlayıb

Çin Ermənistan və Azərbaycan arasında sülh prosesində əldə olunan müsbət irəliləyişi alqışlayır.

AzPost bildirir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq bəyanatında bildirib.

“Ermənistan və Azərbaycan Transqafqaz regionunda mühüm ölkələrdir və Çinin yaxşı dostları və tərəfdaşlarıdır. Çin səmimi qəlbdən ümid edir ki, iki ölkə münaqişə və fikir ayrılıqlarını dialoq və məsləhətləşmələr yolu ilə həll edə və regionda davamlı sülh, inkişaf və rifahı təşviq edə bilər”-deyə XİN açıqlamasında qeyd edilir.

 

Seçilən
3
azpost.info

1Mənbələr