AZ

Tərtərdə 34 yaşlı kişi qətlə yetirilib, atası saxlanılıb

Tərtərdə qətl hadisəsi baş verib.

APA-nın yerli bürosu xəbər verir ki, hadisə rayonun Kəngərli kəndində baş verib.

1968-ci il təvəllüdlü Muğan Həsənovun oğlu 1991-ci təvəllüdlü Emin Həsənzadəni bıçaqlayaraq öldürdüyü bildirilir.

Hadisəni törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
8
3
apa.az

4Mənbələr