Piylənmə üçün son zamanlar dəbdə olan sehrli iynələr insanları görmə qabiliyyətindən məhrum edir.
“Medicina” xəbər verir ki, Böyük Britaniya məşhur diabet və arıqlama dərmanlarından istifadə edən 100-dən çox xəstənin ölümününün araşdırılması zamanı yaranan qalmaqalı yaşayır.
Söhbət Hollivud ulduzları tərəfindən reklam edilən Ozempic (aktiv maddə - semaqlutid) və Muncaro (tirzepatid), həmçinin eyni qrupdan olan dərmanlardan - Saxenda və Victozadan (aktiv maddə - liraqlutid) gedir. Yanvarın sonuna olan məlumata görə, 400-dən çox xəstə ağırlaşmalarla xəstəxanaya yerləşdirilib və 100-dən çox hadisə faciəvibaşa çatıb
Doqquz amerikalı arıqlayan dərmandan istifadə etdikdən sonra kor oldu
ABŞ-da 160 ölüm xəbəri də var və mətbuat terapiya zamanı ciddi yan təsirləri olan xəstələrin hekayələrini dərc edir: kimsə kəskin pankreatit, bağırsaqların iltihabı inkişaf etdirdi, bir neçə xəstə görmə qabiliyyətini itirdi və bir amerikalı qadın tamamilə kor oldu.
Semaqlutid inyeksiyasından sonra o, bir gözündə görmə qabiliyyətini itirdi, müalicəni dayandırdı, lakin iki ay sonra müalicəyə qayıtdı və nəticədə hər iki gözü kor oldu.
Aygün Musayeva