AZ

İrəvan bəyan etdi: “Ermənilərin Qarabağa qayıdışı…”

“Hazırda Qarabağ ermənilərinin qayıdışı üçün heç bir imkan yoxdur, belə bir şey gözlənilmir”.

Turtkustan.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan jurnalistlərin suallarını cavablandırarkən deyib.

O, erməni xalqına həqiqətləri izah etməyin vacib olduğunu bildirib:

“Mən açıq danışmaq istəyirəm. Ermənilərin Qarabağa qayıdışı indiki halda mümkün görünmür. Bunun üçün şərait yoxdur. Biz vətəndaşlarımıza həqiqəti olduğu kimi təqdim etməliyik.

Xalqı axmaq sözlərlə inandırmaq doğru deyil. İnsanlara reallığı demək lazımdır. Mən əhalinin müharibə, eskalasiya kimi vasitələrlə qorxudulmasının da tərəfdarı deyiləm. Həmçinin sanki sülhün başqa alternativi varmış kimi onları inandırmağa çalışmaq yanlışdır”./Globalinfo.az

Seçilən
16
turkustan.az

1Mənbələr