"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov AFFA İcraiyyə Komitəsinin bu gün keçirilən iclasında iştirak etməyib.
Komitə üzvü hazırda Tovuzda olduğu üçün toplantıya qatıla bilməyib. Misli Premyer Liqasının 27-ci turu çərçivəsində sabah Tovuzda "Kəpəz" ilə qarşılaşacaq Ağdam təmsilçisinin çalışdırıcısı bölgəyə yollanıb.
AFFA-nın sözçüsü Elnur Məmmədlinin Fanat.Az-a verdiyi məlumata görə, toplantıdan ən azı 1 həftə öncə müzükirə ediləcək məsələlərlə bağlı İK üzvləri məlumatlandırılır. Görünən budur ki, Qurbanov da iclasın gündəliyi ilə tanış olub və bu yöndə mövqeyini ortaya qoyub.
Nihat