AZ

Belçika XİNrəhbəri: Bakı və İrəvan arasında sülh danışıqlarında irəliləyiş ümidvericidir

Maksim Prevo: Bakı və İrəvan arasında sülh danışıqlarında irəliləyiş ümidvericidir

Azərbaycan və Ermənistan arasında davamlı sülh bütün region üçün vacibdir və əldə edilmiş razılaşmalar ümidvericidir.

Operativ Media xəbər verir ki, bu barədə Belçika Baş nazirinin müavini və xarici işlər naziri Maksim Prevo bildirib.

"Region və onun hüdudlarından kənarda vacib və faydalı olan davamlı sülh nəhayət ki, əlçatan olub. Mən hər iki tərəfin tezliklə sazişi imzalayacağına ümid edirəm", - o, "X" sosial şəbəkəsində yazıb.

Xatırladaq ki, dünən Azərbaycan və Ermənistan Xarici İşlər nazirlikləri Bakı və İrəvan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş layihəsinin mətni üzrə danışıqların başa çatdığını rəsmi şəkildə bildirib.

Seçilən
2
2
operativmedia.az

4Mənbələr