1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Son illər dünyada elektromobillərin populyarlığı sürətlə artsa da, onlar haqqında müəyyən suallar və narahatlıqlar hələ də qalmaqdadır.
Əsas narahatlıqlar elektromobillərin təmirinin digər nəqliyyat vasitələrinə nisbətən daha çətin və bəzən mümkünsüz olması, batareyalarının insan səhhəti üçün zərərli şüalar yayması və s. ilə bağlı yayılan iddialar ətrafındadır.
Bir qrup avtomütəxəssis qəzaya düşən bəzi elektromobillərin təmirinin o qədər də asan olmadığını, bəzən isə hətta mümkünsüz olduğunu iddia edir. Buna səbəb kimi isə qəza anında həmin avtomobillərin elektron sisteminin tamamilə bloklanması və yalnız istehsalçı tərəfindən bərpa edilə biləcəyi faktı göstərilir.
İstehsalçılar da öz növbələrində belə bir bloklanmanın olduğunu təsdiqləyir və bu bloklanmanın avtomobilin təhlükəsizliyini təmin etmək məqsədilə həyata keçirildiyini bəyan edirlər.
Belə olan halda elektromobil sahibi olan sürücülərin çıxış yolu nədir? Doğrudanmı istehsalçı satdığı avtomobilin təmiri üçün alıcısına hər hansı şans vermir?
Elektromobillərlə bağlı bu və digər sualları Oxu.Az-ın "Avtousta" layihəsinin budəfəki buraxılışında tanınmış avtomobil mütəxəssisi və mühəndis-layihəçi Elçin Abbasov cavablandırıb.
Ətraflı - videoda:
Əzizə İsmayılova
Video: Cavid Mehdiyev