AZ

İsveçdə mövsümi qrip gənclər arasında daha çox yayılır

Stokholm, 14 mart, Nərgiz Cəfərli, AZƏRTAC

İsveç qripin ağır fəsadları olan gənc xəstələrin artması səbəbindən səhiyyə sistemi üzərində qeyri-adi dərəcədə ağır yük daşıyır. Bəzi hallarda infeksiya septik şoka gətirib çıxarır, ECMO maşını ilə müalicə tələb olunur. Hər dördüncü xəstə yeniyetmədir ki, bu da əvvəlki illərlə müqayisədə xeyli çoxdur.

AZƏRTAC xəbər verir ki, Karolinska Universitet Xəstəxanasından verilən məlumata görə, dekabr ayında qrip mövsümü başlayandan indiyədək 20-dən çox xəstə ECMO ilə müalicə olunub ki, bu da bütün ötən illə müqayisədə çoxdur. Xəstələrin orta yaş həddi 38-ə qədər azalıb.

Pandemiya səhiyyə sistemini dəyişdirərək bu cür hallara daha tez reaksiya verməyə imkan verib. Karolinska xəstəxanasının aldığı helikopter ağır xəstələrin daşınmasını xeyli sürətləndirib. Bundan əlavə, septik şokun müalicəsi təkmilləşdirilib və indi ondan xəstəliyin ilkin mərhələlərində istifadə olunur.

İsveç hökuməti ekspertlərin nəticələrinə əsaslanaraq pandemiya ilə mübarizə üçün yeni strategiya təqdim etməyi planlaşdırır. Karolinska Universitet Xəstəxanası gələcək böhranlara hazır olmaq üçün ECMO mərkəzi planlarını artıq yenidən nəzərdən keçirib.

Seçilən
1
azertag.az

1Mənbələr