AZ

Bu küçədə səki yoxdur – “Moyka”lar insanların yolunu kəsir –FOTOLAR

Şəfaət Mehdiyev küçəsinin bəzi hissələrində səki yoxdur, səki olan hissəni isə avtoyuma məntəqəsi zəbt edib: “Yanından keçəndə adamın üzü, üstü su olur”.

AzPost xəbər verir ki, bunu izləyici yazıb. İddialaraa görə, Şəfaət Mehdiyev küçəsinin bəzi hissələrində səki əvvəldən olmayıb. Bəlkə də “avtoyuma”nın yerləşdiyi hissədə də səki olmayıb, sadəcə, obyekt tikiləndə qarşısında maşınların saxlanılması üçün şərait yaradılıb.
Başqa küçələrdə də avtoyuma məntəqələri piyadalara maneələr yaradır.

Xatırladaq ki, ötən ay Bakıda piyadaların rahat hərəkəti üçün Bakı Şəhər İcra Hakimiyyətində xüsusi proqramın hazırlanması barədə məlumat yayılmışdı. Məlumata görə, mümkün olan yerlərdə piyada səkilərinin üzərində tikilmiş maneələrin sökülməsi nəzərdə tutulur.
Proqramın hazır olub-olmadığı və ya nə vaxt icra ediləcəyi bilinmir, amma heç olmasa indiyə kimi səkiləri zəbt edən avtoyuma məntəqələrinin profilləri dəyişdirilməli idi. Bu da şəhər rəhbərliyinin səlahiyyətindədir.

Seçilən
1
azpost.info

1Mənbələr