Ukrayna bütün cəbhə xətti boyunca atəşkəs rejimi tətbiq olunarsa, nəzarəti həyata keçirmək üçün milli komanda formalaşdırmağa başlayıb.
Herbiand.azxəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Kiyevdə Avstriya Respublikasının Avropa və beynəlxalq məsələlər üzrə federal naziri Beato Maynl-Rayzinger ilə birgə brifinqdə bildirib.
Sibiqa qeyd edib ki, Ukrayna danışıqlar qrupu Ciddədən qayıtdıqdan dərhal sonra prezident Vladimir Zelenskiyə Amerika tərəfi ilə görüşün nəticələri və gələcək inkişaf üçün müvafiq təkliflər barədə məlumat verib: “Biz artıq mümkün atəşkəsə düzgün nəzarət etmək üçün müvafiq fəaliyyət alqoritmlərini hazırlayacaq milli komanda formalaşdırmağa başlamışıq. Bu, son dərəcə mürəkkəb prosesdir”.
Nazir əlavə edib ki, bu gün gündəlik döyüşlərin aparıldığı cəbhə xətti 1300 km-dən artıqdır. O, mənfi təcrübəni xatırladaraq deyib ki, Minsk prosesi çərçivəsində 25 dəfə atəşkəs elan olunsa da Rusiya tərəfindən pozulub.
Bəxtiyar CƏFƏRLİ