AZ

Putin Trampın xüsusi nümayəndəsini qəbul edib

Putin

Rusiya prezidenti Vladimir Putin dünən axşam saatlarında ABŞ prezidentinin xüsusi elçisi Steven Vitkoffu qəbul edib və onun vasitəsilə ABŞ lideri Donald Trampa məlumat çatdırıb.

Reyting.az
TASS-a istinadla bildirir ki, bu barədə Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov məlumat verib.

"Dünən axşam saatlarında o (Vitkoff – red.) prezident Putin tərəfindən qəbul edilib, Rusiya tərəfinə əlavə məlumat verilib. Vitkoff vasitəsilə Putin prezident Trampa məlumat və əlavə siqnallar göndərib", - Peskov bildirib.

Kreml sözçüsü Putinlə Vitkoff arasında söhbətin mövzularını açıqlamayıb.

Xatırladaq ki, martın 12-də Ağ evin mətbuat katibi Caroline Leavitt deyib ki, Amerika liderinin xüsusi nümayəndəsi Ukraynadakı münaqişənin həllini müzakirə etmək üçün Moskvaya gedir.

Daha əvvəl, fevralın 18-də Ər-Riyadda Rusiya nümayəndə heyəti ilə danışıqlarda iştirak edən Vitkoff cümə axşamı günortadan sonra Moskvaya gəlib. TASS mənbəsinin məlumatına görə, o, bu gün Rusiya paytaxtını tərk edib.

Onu da qeyd edək ki, səhər saatlarında bəzi KİV-lər Vitkoffun Rusiya paytaxtını tərk etdiyini və Putinlə görüşün alınmadığını iddia edirdi.

E. KAMAL
Seçilən
5
reyting.az

1Mənbələr