Bakı. Trend:
Beynəlxalq miqyaslı tədbirlər müasir dövrdə hər bir ölkənindünyada daha geniş prizmadan tanınmasında, təbliğ edilməsində böyükönəm kəsb edir. Lakin təhlükəsizlik, infrastruktur və bu qəbildənolan digər halların ön plana çıxması şəraitində heç də hər ölkəbeynəlxalq tədbirlərə ev sahibliyi edə bilmir. Bunun üçün ölkəninmüəyyən standartlara, o cümlədən yüksək təşkilatçılıq bacarığınamalik olması, sabitlik, tolerantlıq və inkişaf məkanı kimitanınması, digər bu kimi tələblərə də cavab verməsi zərurişərtdir.
Qeyd edilən kontekstdə artıq dünyanın bəlli ölkələri beynəlxalqmiqyaslı tədbirlərə ev sahibliyi edir və qürurverici haldır ki,onların sırasında Azərbaycan da yer alır. Cənubi Qafqazın liderdövləti kimi artıq dünya miqyasında uğur nümunəsinə çevrilənAzərbaycanı dünyada xarakterizə edən əsas cəhətlərdən biribeynəlxalq tədbirləri yüksək səviyyədə təşkil etməsi, bu müstəvidəözünəməxsus uğurlu nümunələri ərsəyə gətirməsidir.
İndi dünya miqyasında da qəbul edilir ki, Azərbaycan siyasi,iqtisadi, humanitar və mədəni cəhətdən nəinki regional, həttaqlobal dialoq məkanına çevrilib. Azərbaycan Prezidenti İlhamƏliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinintəşkilatçılığı ilə işə başlayı XII Qlobal Bakı Forumu bunun dahabir nümunəsidir. Mühüm beynəlxalq tədbir olmaqla yanaşı, QlobalBakı forumları iştirakçıları və müzakirə edilən məsələlərbaxımından artıq dünyada böyük maraqla izlənir, diqqət mərkəzindəolur. “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətəçevrilməsi” mövzusunda XII Qlobal Bakı Forumu da bu mənadaistisnalıq təşkil etmir. Tədbirin açılış mərasimində çıxışı zamanıbu məqama toxunan Prezident İlham Əliyev qeyd edib: “Biz çoxfərəhlənirik ki, Qlobal Bakı Forumu qlobal gündəlikdəki mühümməsələlərin həllində aparıcı beynəlxalq platformalardan birinəçevrilib… Həmişə olduğu kimi, əminəm ki, Forum və onun üzvlərixüsusən də indi, kəskin geosiyasi dəyişikliklərdən sonra keçiriləntədbirdə ideya və yanaşmalar irəli sürəcəklər”.
Budəfəki Forumda 400-dən çox iştirakçı, o cümlədən hazırkı vəkeçmiş dövlət və hökumət başçıları, Nobel mükafatı laureatları,beynəlxalq təşkilatların və vətəndaş cəmiyyəti nümayəndələriiştirak edir. Forum çərçivəsində geosiyasi dəyişikliklər, çoxqütblüdünyada multilateralizmin yenidən düşünülməsi, BMT-nin GələcəkPaktı və qlobal sülhə töhfəsi, yeni dünya nizamında orta güclərinrolu, regional sabitlik və yenidənqurma kimi siyasi məsələlərmüzakirə edilir. Artıq sayca 12-ci dəfə keçirilən forumaqatılanların sayının hər il artması da bu tədbirlərə yüksəkbeynəlxalq marağın faktiki göstəricisidir. Qeyd etmək lazımdır ki,sözügedən forumların təşkilatçısı olan Nizami Gəncəvi BeynəlxalqMərkəzi Prezident İlham Əliyevin Sərəncamına əsasən, dahiAzərbaycan şairi Nizami Gəncəvinin 870 illik yubiley tədbirləriçərçivəsində 2012-ci il sentyabrın 30-da böyük mütəfəkkirin vətəniGəncədə keçirilmiş xüsusi toplantıda təsis olunub. Fəaliyyəti dövrüərzində Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal problemlərin həlliyollarını araşdıran, çözüm variantları təklif edən nüfuzlubeynəlxalq təsisatlardan birinə çevrilib.
Prezident İlham Əliyevin himayəsi və Nizami Gəncəvi BeynəlxalqMərkəzinin təşkilatçılığı ilə ilk Qlobal Bakı Forumu 2013-cü ildəkeçirilib və həmin ildən etibarən mütəmadi xarakter alıb. Sözügedənforumlarda dünya üçün xüsusi aktuallıq kəsb edən ən müxtəlifməsələlər, o cümlədən dünya təhlükəsizlik mühitində baş verənhadisələr, müharibələr, digər münaqişə ocaqları, dinlərarası,mədəniyyətlərarası dialoq, digər qlobal xarakterli problemlər genişmüzakirə edilir, onların həlli yollarına dair təkliflər irəlisürülür. O da xüsusi vurğulanmalıdır ki, Qlobal Bakı Forumuəhəmiyyətinə və əhatəsinə görə Davos İqtisadi Forumu və MünhenTəhlikəsizlik Konfransı kimi nüfuzlu bir tədbir olaraq dünyadaqəbul olunur. Amma bir nüas da var ki, Davos yalnız iqtisadi,Münhen Forumu isə təhlükəsizlik məsələlərini əhatə etdiyi haldaQlobal Bakı Forumu universal xarakterə malikdir. Çünki o,beynəlxalq gündəmdə olan siyasi, iqtisadi, humanitar və digərməsələləri əhatə edir, qlobal əhəmiyyətli məsələlərin müzakirəedildiyi beynəlxalq tədbir kimi müstəsna önəm daşıyır.
Bütün bunlar onun təsdiqidir ki, Azərbaycan artıq qlobalproblemlərin müzakirə olunduğu, həlli yollarının axtarıldığı məkanaçevrilib. Dünya miqyaslı ictimai-siyasi xadimlərinin iştirakı vəçıxışı Qlobal Bakı forumlarının əhəmiyyətini nümayiş etdirir.Sözügedən forumlar isə qlobal siyasətə aid təxirəsalınmaz və vacibməsələlərin müzakirəsi baxımından artıq aparıcı platformalardanbiri kimi çıxış edir. Albaniya Prezidenti Bayram Beqay bu xüsusdabildirir: “Bakı Qlobal Forumu mühüm məsələlər haqqında müzakirələraparmaq üçün çox yaxşı fürsətdir. Düşünürəm ki, dünyanın narahatolduğunu, o qədər çox mənfi hadisələrin olduğunu nəzərə alsaq,bütün bu çağırışları öz imkanlarımıza çevirmək üçün real imkanlarımüzakirə edə bilərik. Burada ən vacib məqamlardan biri hər birtəmsilçinin öz ölkəsində rastlaşdığı problemlərdən danışmasıdır… Buforuma sülh, təhlükəsizlik və inkişafa fokuslanmış dialoq üçüngözəl platforma olduğuna görə təşəkkür edirəm”.
Beləliklə, Qlobal Bakı Forumlarının dünya miqyasında oynadığırol artıq bir çox iştirakçılar tərəfindən də xüsusi olaraqvurğulanır. Birmənalı rəy bundan ibarətdir ki, dünyanı düşündürənbeynəlxalq xarakterli məsələlərin müzakirəsi baxımından Qlobal Bakıforumları bundan sonra da mühüm platforma kimi xüsusi diqqətmərkəzində olacaq.
MTM Analitik Qrup