Bakıya gələn ölkələrin əksəriyyəti köhnə nizam vaxtı da əziliblər, Bakıda keçirilən yeni nizam axtarışında isə faktiki çətir axtarırlar.
Bir çoxu konkret Azərbaycana təşəkkür edərək, xilas olmaq üçün Azərbaycana yalvarırlar.
Azərbaycan nümayəndəsi çıxış edir;
Qeyri-adi, xəyali, arzulara söykənən qlobal gələcəkdənsə konkret faktlar verir. Hətta sabiq bir xarici işlər nazirinin çıxışındakı fakt məni çox pis tutub: o dedi ki; dünyanın ikinci ansambldakı ölkələri birlikdə hərəkət etməlidir. Ya da beynəlxalq təşkilatları qoruyub saxlamalıdır. Bir sözlə, orta gücü əsas güc hesab etməyə cəhd edirlər.
Lakin Azərbaycan nümayəndəsi davam edir;
-Azərbaycan regional gücdür.
– Karbohidrogen gücüdür.
– Enerji təhlükəsizliyi üçün ümid yeridir.
– Şərq və Qərb arasında keçiddir.
– Azərbaycan Türk Ölkələri Təşkilatını qurub, yeni nizamda söz sahibi olacaq.
– indi isə müasir dünya üçün modeldir.
– İqlim diplomatiyasının ilhamverici gücüdür.
Dünya yeni dünyanın qayğılarını Azərbaycanda axtarmağa gəlib ki, üç imperiya qonşuluğunda salamat yaşamağın sirrini öyrənsinlər.
Qalib olmaq belə şeydir.
Əziz Əlibəyli
Politoloq