AZ

İt sahibini "güllələdi"

ABŞ-ın Tennessee ştatında maraqlı və qorxunc hadisə baş verib.

Milli.Az xəbər verir ki, səlahiyyətlilərin verdiyi məlumata görə, Cerald Kirkwood adlı kişi yatağında yatarkən, onun bir yaşlı pitbullu Oreonun pəncəsi silahın tətiyinə ilişib və bu, silahın partlamasına səbəb olub.

Hadisə zamanı Kirkwood-un yanında bir qadın da olub. Silahın atəşə tutulması nəticəsində güllə Kirkwood-un sol buduna dəyib. Kirkwood xəstəxanaya aparılıb. Xəstəxanaya çatdırılan kişi həyati təhlükə daşımayan xəsarət alıb.

Hadisəni şahidlik edən qadın Oreonun "oynaq it" olduğunu və tətiyi təsadüfən çəkdiyini bildirib. Qadın bu hadisədən sonra evlərindəki bütün silahların təhlükəsizliyini təmin edəcəklərini və silah təhlükəsizliyinə diqqət yetirəcəklərini vurğulayıb. 

Milli.Az

Seçilən
9
milli.az

1Mənbələr