AZ

"Səbail" klubu AFFA İntizam Komitəsinin qərarından apellyasiya şikayəti verəcək

"Səbail" klubu AFFA İntizam Komitəsinin qərarından apellyasiya şikayəti verəcək. Bu barədə SİA-ya paytaxt təmsilçisinin Media və Marketinq şöbəsinin rəhbəri Rəşad Məmmədov məlumat verib.

"Dənizçilər" futbolçu Suleyman Alluşun 4 oyunluq cəzalanması barədə qərarla razı deyil.

Qeyd edək ki, Suleyman Alluş "Zirə"yə 0:1 hesabı ilə uduzduqları Misli Premyer Liqasının XXVI turunun matçında təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir etmişdi. Bu səbəbdən ona 4 oyunluq cəza verilib, "Səbail" 3000 manat cərimələnib.

Seçilən
3
sia.az

1Mənbələr