
Tərtərdə qətl hadisəsi baş verib.
Reyting.az APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Kəngərli kəndində qeydə alınıb.
Məlumata görə, 1968-ci il təvəllüdlü Muğan Həsənov oğlu 1991-ci təvəllüdlü Emin Həsənzadəni bıçaqlayaraq öldürüb.
Hadisəni törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.