AZ

Ermənistan tərəfindən kifayət qədər sürətlə silahlandırma siyasətinin aparılması bölgə üçün ciddi risk təşkil edir - XİN rəsmisi

Bakı. Trend:

Vətən müharibəsindənsonra Ermənistan tərəfindən kifayət qədərsürətlə silahlandırma siyasətinin aparılması bölgə üçün ciddi risktəşkil edir.

Trend xəbərverir ki, bu sözləri bu gün XII Qlobal Bakı Forumu çərçivəsindəjurnalistlərə açıqlamasında Azərbaycan Xarici İşlər Nazirininmüavini Elnur Məmmədov deyib.

"Eyni zamanda bu gün şərti sərhəddə mövcud olan və artıq ikinciildir ki, fəaliyyət göstərən, Avropa İttifaqının mülki missiyasıkimi özünü təqdim edən, amma faktiki olaraq kəşfiyyat fəaliyyətiilə məşğul olan missiyanın fəaliyyətini bölgədə sabitliyə və sülhəciddi risk yaratması ilə bağlı öz mövqeyimizi daimi olaraqçatdırmışıq. Hesab edirik ki, əgər bu gün biz artıq sülh sazişininmətnini razılaşdırıb bölgədə davamlı sülhün qurulmasındandanışırıqsa, təbii ki, həm birinci həm də ikinci faktorun aradanqaldırılması vacib şərtdir", - o bildirib.

Nazir müavini vurğulayıb ki, yalnız bu halda bölgədə davamlısülhün bərqərar olmasından danışmaq olar:

"İki dövlət arasında iki ilə yaxın müddət ərzində normallaşmailə bağlı mətnin razılaşdırılması çərçivəsində son iki bəndqalmışdı. Həmin bəndələrdən biri məhz şərti sərhəddə və gələcəkdəartıq delimitasiyası və demarkasiyası olunacaq sərhəddə üçüncüqüvvələrin mövcud olmaması şərtidir. Ermənistan tərəfindən də yaxıngünlərdə artıq o şərt də qəbul edilmişdir. Ona görə də hesab edirikki, düzgün istiqamətdə gedirik. Amma qeyd etdiyimiz şərtlərə əməlolunması vacibdir. Bunlardan birincisi silahlandırılmanındayandırılması, ikincisi isə hər hansı üçüncü qüvvələrin sərhəddəmövcud olmamasıdır".

Məqalədə:
Seçilən
0
3
az.trend.az

4Mənbələr