AZ

® Dermatoveneroloq Sevinc Kərimova “Seboreya dermatitin yaranma səbəbləri” mövzusunda canlı yayımda çıxış edəcək

Mərkəzi Gömrük Hospitalının Poliklinika şöbəsinin yüksəkixtisaslı dermatoveneroloqu Sevinc Kərimova martın 18-i saat 15.00-da canlı yayımda “Seboreya dermatitin yaranma səbəbləri” mövzusunda canlı yayımda çıxış edəcək. Canlı yayım Mərkəzi Gömrük Hospitalının rəsmi feysbuk səhifəsi üzərindən - https://www.facebook.com/customshospital/ yayımlanacaq.

Sualları canlı yayım vaxtı və yaxud əvvəlcədən də ünvanlmaq olar.

Bütün növ dəri xəstəliklərini müalicə edən, estetik dəri xəstəliklərinin müalicəsi ilə məşğul olan Sevinc Kərimova Mərkəzi Gömrük Hospitalında allergik dermatit və dermatozlar, ekzema, psoriaz, demodekoz, müxtəlif etiologiyalı dəmrovlar, ocaqlı alopesiyalar, döyənəklər, dərinin, dırnağın və saçların göbələk xəstəlikləri, zöhrəvi xəstəliklər - xlamidioz, mikoplazma, ureaplazmoz, qonoreya, trixomoniaz, herpes və digər zöhrəvi xəstəliklərin müasir üsullarla diaqnostikası və müalicəsini həyata keçirir. Həmçinin viruslu ziyillər, ət xalları adlandırılan papilloma, epitelioma, bazalioma və s. dəri törəmələrinin kriodestruksiya üsulu ilə ağrısız, fəsadsız götürülməsi prosedurlarını yerinə yetirir. Həkim barədə daha ətraflı məlumatı https://customshospital.az/sevinc-kerimova linkinə daxil olmaqla öyrənmək mümkündür.

O, 1992-ci ildə Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsini bitirib, 1992-1993-cü illərdə Mərkəzi Hövzə Xəstəxanasında terapiya ixtisası üzrə internatura keçib. 1996-2009-cu illərdə dövlət tibb müəssisəsində həkim-dermatoveneroloq kimi çalışıb. 2009-cu ildən Mərkəzi Gömrük Hospitalında həkim-dermatoveneroloq kimi fəaliyyət göstərir. Öz üzərində çalışan, dünya alimlərinin tibb sahəsində qazandığı uğurlardan öz təcrübəsində yararlanan həkimdir. Müxtəlif illərdə ölkəmizdə və xaricdə keçirilən konfrans, konqres və seminarlarda iştirak edərək ixtisasını artırıb.

2009-cu ildə Avstriyanın Zalzburq şəhərində "Dəri-zöhrəvi xəstəliklərin müasir diaqnostika və müalicəsi", 2014-cü ildə İtaliyanın Florensiya şəhərində “Dermatologiya və kosmetologiyada lazer aparatlarının tətbiqi”, 2017-ci ildə Avstriyanın Vyana şəhərində "Molekulyar diaqnostika" kurslarını keçib. 2013-cü ildə Şotlandiyanın Edinburq şəhərində "Dəri xəstəliklərində müasir patomorfoloji tədqiqatlar" üzrə seminarda iştirak edib, 2019-cu ildə Türkiyənin İstanbul şəhərində keçirilən İDEA 2019 – Beynəlxalq Dermatopatoloji Estetik Akademiyasının konqresinin iştirakçısıdır.

Türk Dermotoloji Dərnəyinin, Avropa Asiya Dermotoloqlar Cəmiyyətinin və Rusiya Dermotoloji Dərnəyinin üzvüdür.

Sevinc Kərimovanın qəbuluna yazılmaq üçün əlaqə nömrəsi: (012) 404-08-08.

Seçilən
1
azertag.az

1Mənbələr