AZ

Şəhid polkovnik-leytenant Nail Orucovun xanımı BDU-da işlə təmin olunub

Şəhid

Vətən müharibəsi şəhidi Nail Orucovun həyat yoldaşı Nigar Ağamalıyeva Bakı Dövlət Universitetində (BDU) işlə təmin olunub. “Ulusum”.az-ın məlumatina görə, o, "Sosial elmlər və psixologiya" fakültəsinin Sosiologiya kafedrasında laborant vəzifəsində işləyir və eyni zamanda Filologiya fakültəsində qiyabi təhsil alır.Qeyd edək ki, Azərbaycan Ordusunun polkovnik-leytenantı Nail Orucov Vətən müharibəsində Cəbrayıl, Hadrut, Füzuli və Qubadlının azadlığı uğrunda döyüşlərdə iştirak edib və oktyabrın 31-də şəhid olub.Prezident İlham Əliyevin Sərəncamına əsasən, Nail Orucov ölümündən sonra müxtəlif medallarla təltif edilib.BDU şəhid ailələrinə daim qayğı göstərir və onların xatirəsini uca tutur. BDU-da şəhid məzunlarına həsr olunmuş kitab nəşr edilib və xatirə lövhəsi yaradılıb. Şəhid ailələrinin ziyarətləri və qəhrəman məzunların xatirəsinə hörmət tədbirləri həyata keçirilir.Rəxşəndə İkramlı

Diqqət Çəkənlər

Sabir Sarvan – Unudulmaz Şairimizin Əbədi Yolu

VIII Edvardın taxtdan imtina səbəbi

NK: Taksilərdə əlavə ödəniş tələbi qadağan edildi

Seçilən
10
ulusum.az

1Mənbələr