AZ

Tehranın nüvə problemi ilə bağlı Çin, Rusiya və İran birgə bəyanat yayıb

“Mehr News” xəbər verir ki, bu gün Pekində Çin, Rusiya və İran arasında keçirilən görüşdə tərəflər Tehranın nüvə proqramı və sanksiyaların ləğvi ilə bağlı son vəziyyəti müzakirə ediblər.

Məlumata görə, Rusiya, Çin və İran birgə bəyanatda Tehranın nüvə probleminin həlli yolunun qarşılıqlı hörmətə əsaslanan diplomatiya və dialoq olduğunu vurğulayıblar.

Qeyd olunub ki, görüşdə beynəlxalq təşkilatlarda, ŞƏT və BRİKS kimi çoxtərəfli sazişlərdə əməkdaşlığı davam etdirmək və möhkəmləndirmək barədə razılıq əldə olunub.

visiontv.az



Seçilən
8
visiontv.az

1Mənbələr