AZ

Qurban Qurbanov bugünkü toplantıya niyə qatılmadı? - Açıqlama

style='margin-bottom:10px;'>

Xəbər verdiyimiz kimi, bu gün AFFA İcraiyyə Komitəsinin iclası keçirilib və bir sıra vacib qərarlar verilib.

Bugünkü toplantıda İcraiyyə Komitəsinin üzvlərindən olan Qurban Qurbanov iştirak etməyib. 

AFFA-nın mətbuat xidmətinin rəhbəri Elnur Məmmədli QOL.az-a açıqlamasında bunun "Qarabağ"ın sabahkı oyunu ilə əlaqədar olduğunu bildirib. O, Q.Qurbanovun sabah Misli Premyer Liqasının 17-ci turunda keçiriləcək "Kəpəz" - "Qarabağ" matçı ilə bağlı komandası ilə Tovuza yollandığını deyib.

Qeyd edək ki, Tovuz şəhər stadionunda keçiriləcək "Kəpəz" - "Qarabağ" matçı saat 17:00-da başlayacaq.

Seçilən
16
1
teleqraf.com

2Mənbələr