AZ

“Baksol yolu”nda yük maşını aşıb, hərəkətə məhdudiyyət qoyulub

Paytaxtın Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi “Baksol yolu” adlanan hissədə yük avtomobili aşıb.

“İki sahil” xəbər verir ki, bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat katibi Ömər Xıdırov bildirib. Qeyd olunub ki, qəza səbəbindən hazırda qeyd olunan yola bütün istiqamətlərdən nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulub.

"NİİM yol polisi ilə birgə qısa zamanda nəqliyyatın hərəkətinin bərpa olunması istiqamətində bütün mümkün tədbirlər görür", məlumatda deyilir.

Seçilən
3
11
ikisahil.az

10Mənbələr