Bu gün AFFA-nın İcraiyyə Komitəsinin iclası keçirilib.
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov AFFA İcraiyyə Komitəsinin bu gün baş tutan iclasına qatılmayıb.
Buna səbəb komandanın sabah Premyer Liqada Tovuzda "Kəpəz"lə oyunlarının olmasıdır.
Bu haqda Operativ Media-ya açıqlamasında AFFA-nın mətbuat xidmətinin rəhbəri Elnur Məmmədli bildirib.
Qurbanov artıq Tovuzdadır və buna görə toplantıda iştirak etməyib.