AFFA-nın növbəti Hesabat Konfransının vaxtı müəyyənləşib.
Offsideplus.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, konfrans aprelin 11-də keçiriləcək.
Bununla bağlı rəsmi qərar bu gün AFFA İcraiyyə Komitəsinin iclasında qəbu olunub.
Hesabat Konfransında il ərzində federasiyanın fəaliyyəti ilə bağlı məlumatlar ictamaiyyətə açıqlanır.