AZ

Məşhur məşqçi bu futbolçuya görə "Qarabağ"ın düşərgəsinə gəldi

Qış transfer pəncərəsinin son günlərində "Qarabağ"a qoşulan yarımmüdafiəçi Kadi Borges əvvəlki performasına qayıtmağın yollarını axtarır.

Publika.az-ın əldə etdiyi məlumata görə, köhnə-yeni komandasına gələrkən həm fiziki, həm də oyun baxımından əvvəlki kimi olmayan braziliyalı futbolçu ideal formaya çatmaq üçün Bakıya Braziliyadan məşqçi dəvət edib.

Söhbət bu ölkənin tanınmış performans məşqçilərindən biri olan Lukas Karvalyodan gedir. O, hazırda Bakıdadır. Karvalyo "Qarabağ"ın məşqlərindən əlavə olaraq Kadi ilə hazırlıq keçir. O, həmyerlisi üçün xüsusi proqram hazırlayıb. Məqsəd onun qısa zamanda əvvəlki formasını bərpa etməkdir.

Heybət Məmmədov

Seçilən
47
31
publika.az

10Mənbələr